Is it OK to collect the following information of your visit?
-
The pages you visit.
-
The first 2 octets of your current IP address.
rferl.org -ə giriş mümkün deyil? Bu səhifə senzuradan yan keçməyin detallarını açıqlayır.
Tor interneti anonim istifadə etməyə imkan verir və insanlara həm senzura, həm də izlənmədən yan keçməyə yardım edir. Tor Brauzer digər brauzerləriniz - Chrome, Firefox, Safari, Yandex - kimidir, sadəcə internetdəki hərəkətlərinizi nə provayderinizə, nə də sizi izləyənlərə göstərir, o sizin trafikinizi şifrələyir və trafikinizin könüllülər tərəfindən idarə olunan üç təsadüfi qovşaqdan (onlara həm də "ötürücü" deyilir) atlamasına imkan verir, beləliklə, trafikinizi gizlədir. Kimliyiniz, harada olduğunuz, nə etdiyiniz (hansı saytlara baxdığınız) görünmür.
Tor senzura və izləmədən qurtulmaq istəyən insan haqları müdafiəçiləri, fəallar və digərləri tərəfindən, bütün dünyada istifadə edilir. Tor haqda məlumat almaq, onun necə işlədiyini öyrənmək üçün bura keçin: Tor Browser Manual.
Tor Brauzeri əldə etməyin ən sadə və təhlükəsiz yolu, onu rəsmi Tor Layihə saytından yükləməkdir. Əməliyyat sisteminizə, yükləyə biləcəyiniz Tor Brauzer üçün linkə keçid aşağıdadır:
Tor Layihə saytına giriş bəzən mümkün olmur: məsələn, şəbəkəniz saytı əngəlləyə bilər. Belə olanda aşağıdakı alternativ yükləmə üsullarından istifadə edə bilərsiz.
Tor Brauzeri rəsmi güzgülərdən birindən yükləyə bilərsiniz, yaxud:
Güzgü saytlar əngəllənsə belə, Tor Brauzeri GetTor vasitəsilə əldə edə bilərsiniz. GetTor ismarışları avtomatik cavablandırma xidmətidir, o, DropBox, Google Drive və GitHub kimi müxtəlif yerlərdəki ən son Tor Brauzer versiyaları linklərini göndərir:
Addım 1: gettor@torproject.org ünvanına email göndərin və əməliyyat sisteminizdən asılı olaraq, ismarış mətnində sadəcə “windows”, “osx” və ya “linux” (dırnaq işarələri olmadan) yazın. İngilis dilindən fərqli dildə Tor Brauzer almaq üçün dil kodunu da yaza bilərsiniz. Məsələn, Windowsa çin (Çin) dilində Tor Brauzer yükləməkçün gettor@torproject.org ünvanına bu sözləri göndərməlisiniz: "windows zh_CN" .
Addım 2: GetTor içində link olan emaillə cavab verəcək, linkə keçid edib, Tor Brauzer paketini, kriptoqrafik imzanı (yükləməni yoxlamaq üçün lazımdır), imzalamaq üçün gərəkən açarın barmaq izini və qovluq haqda məlumatı yükləyə bilərsiz. Sizə “32-bit” və ya “64-bit” proqram təminatı seçimi verilə bilər. Seçim, istifadə etdiyiniz kompüterin modelindən asılıdır.
Bu güzgülərdən istifadə etməklə sənədləşmə və digər resurslara çıxış əldə edə bilərsiniz:
Tor Brauzeri ilk dəfə istifadə edəndə Tora Qoşul pəncərəsini görəcəksiniz. Bu sizə iki seçim verir: ya birbaşa Tor şəbəkəsinə qoşula, ya da Tor Brauzeri şəbəkənizə uyğunlaşdıra bilərsiz. Orda Tor şəbəkəsinə həmişə avtomatik qoşulmaq istəyinizi soruşan "seçim qutusu" var, razısınızsa, qutuya quş qoyun.
Proqramı işlətməyə başlayan kimi və ilk dəfə istifadə edərkən "Qoşul" düyməsini basan kimi Tor Brauzerin köməyiylə internetə girməlisiniz.
Tor şəbəkəsinə birbaşa qoşulma bəzən sizin internet provayderiniz və ya hökümət tərəfindən əngəllənə bilər. Tor Brauzerində bu əngəlləri aşmaq üçün alətlər var. Belə hallarda brauzerinizin körpü vasitəsilə qoşulmasını konfiqurasiya etmək yetərlidir. Körpülər sadəcə əngəllənməsi çətin olan ötürücülərdir.
Tor Brazuerdə körpüdən istifadə üçün keçid edin: Quraşdırma> Qoşul > Daxili körpünü seç. Birbaşa Tor Brauzerdə bəndlənən körpülər 22 dekabr, 2021-ci ildə Rusiyada əngəlləniblər.
Buna görə oxucular aşağıdakı yollarla körpü istəməli olurlar:
Oxucular Androiddə körpüdən belə istifadə edə bilərlər: Parametrlər işarəsi > Körpünü Quraşdır > Körpünü istifadə et.
Birbaşa Tor Brauzerə bağlı olan körpülər əngəllənibsə, oxucular aşağıdakı yollardan istifadə edərək, körpü istəyə bilər:
Oxucular iOS-dakı körpüdən belə istifadə edə bilərlər: sayta baxarkən Onion işarəsi > Körpü Quraşdırması.
Tor Brauzerə birbaşa bağlı olan körpülər əngəllənibsə, aşağıdakı yollardan istifadə edərək, körpü əldə edə bilərsiniz:
Onion xidmətləri (əvvəllər "gizli xidmət" kimi tanınırdı) yalnız Tor şəbəkəsi vasitəsilə əldə edilən xidmətlərdir (saytlar kimi). Digər saytlardakı kimi, qoşulmaq üçün onion xidmətin ünvanını bilməlisiniz. Onion ünvan 56 təsadüfi hərf və rəqəmdən ibarət olur və sonunda ".onion" yazılır. Onion Xidmətləri haqda məlumat almaqçün bura daxil olun: Tor Browser Manual.
RadioFreeEurope / RadioLiberty -ın onion xidmətinə giriş üçün sadəcə növbəti URL-i kopyalayıb, Tor Brauzerə qoyun: